Neoventiv – məktəbli nəqliyyatı xidməti sürətlə inkişaf edən ölkəmizdə təhsil və nəqliyyat sitemlərini birləşdirən və bu sahədə inkişaf və yeniliklər tələb edən xidmət növüdür. Neoventiv Azərbaycan şirkəti olara bu sahəyə öz töhvəmizi verməklə biz şagirdlərin daha təhlükəsiz, sistemli və nəzarətli şəkildə, rahat məktəblərə çatdırılmasını təmin edirik. Xidmət şagirdin yaşadığı ünvandan götürülməklə həyata keçirilir və dayanacaq nöqtəsi öncədən valideyn və sürücü ilə razılaşdırılır. Səhər məktəbə getmək üçün dayanacaqda gözləmə vaxtı və marşrut haqqında valideynə öncədən məlumatlar verilir. Həmçinin, valideyn ona təqdim edilmiş GPS linki vasitəsilə avtobusun hərəkətini izləyə bilir, bu da səhər gecikmə hallarını minimuma endirir və valideynə övladını hər dəqiqə nəzarəti altında saxlamağa imkan verir.
Avtobusların kirayə verilməsi və sərnişin daşınmalarına korporativ sifarişlərin qəbulu bizim nəqliyyat şirkətin əsas fəaliyyət istiqamətləridir. Şirkətimiz avtobusların, mikroavtobusların və minik maşınlarının gündəlik, həftəlik, aylıq və uzun müddətli icarəsini təşkil edir.
©