Neoventiv, müxtəlif layihələr üçün nəqliyyat xidmətlərini təşkil edir. Biz istifadəsi 5-7 ildən çox olmayan avtobuslar, minivanlar və xüsusi nəqliyyat vasitələri təklif edirik.
Bizim xidmətlərimiz təkcə Bakıda deyil, bütün Azərbaycanda da mövcuddur. Sürücülərimiz xüsusi seçim və müsahibələrdən keçirlər. Əsas seçim meyarlarından biri xarici şirkətlərdə və təşkilatlarda iş təcrübəsi, eləcə də xarici dil biliyidir.
Layihənin zaman və maliyyə məhdudiyyətləri olduğunu başa düşərək, Neoventiv komandası layihənizin tələbinə cavab verəcək həll yolunu təklif edəcəkdir.
Avtobusların kirayə verilməsi və sərnişin daşınmalarına korporativ sifarişlərin qəbulu bizim nəqliyyat şirkətin əsas fəaliyyət istiqamətləridir. Şirkətimiz avtobusların, mikroavtobusların və minik maşınlarının gündəlik, həftəlik, aylıq və uzun müddətli icarəsini təşkil edir.
©